ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ağdam rayonunun Quzanlı qəsəbəsində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 70 m² sahədə yanıb.Bu barədə Demokrat.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Qeyd olunub ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Digər hadisə Goranboy rayonunda baş verib. Belə ki, ümumi sahəsi 300 m² olan fermanın yanar konstruksiyaları 100 m² sahədə və 1,2 ton ot bağlanması yanıb. Fermanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.