EN

İran hökuməti etirazlar zamanı həlak olanların siyahısını dərc etdi

Ajans.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb. Qurbanların ümumi sayı isə 3117 nəfərə çatıb. Siyahıya mərhumların adları, soyadları, ata adları və milli şəxsiyyət vəsiqələrinin son altı rəqəmi daxil edilib. Dərc olunmuş siyahıya 2986 nəfərin məlumatları daxil edilib, 131 nəfərin şəxsiyyəti müəyyən edilir. Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.

İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.

Chosen
1
11
Ajans.az

10Sources