Ukrayna hərbi aviasiyası gecə saatlarında Rusiyadan buraxılan 50-dən çox “Şahid” tipli PUA-nı (İran istehsalı) məhv edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna ordusunun Cənub Müdafiə Qüvvələrinin sözçüsü Nataliya Humenyuk məlumat verib.
Humenyuk Rusiya ordusunun ölkə ərazisinə 60-dan çox bu tip dron atdığını açıqlayıb.
PUA-ların əksəriyyəti (28 ədəd) Odessada, qalanları da Nikolayev, Vinnitsa, Dnepropetrovsk, Xerson və Kirovoqrad vilayətlərində məhv edilib.
Müəllif: Mənsur Rəğbətoğlu