İsrail bütün ssenarilərə hazırdır.

Leqal.info “The Times of Israel”ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Knessetdə çıxışında deyib.

“Bizə hücum edən istənilən tərəf dözülməz nəticələrlə üzləşəcək”, - Netanyahu xəbərdarlıq edib.

Qeyd edək ki, İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xamenei ölkəsinə qarşı başladılan istənilən müharibənin təkcə İranla məhdudlaşmayacağı və regional xarakter alacağını vurğulayıb.

Leqal.info