EN

Trampdan Epşteynlə bağlı növbəti açıqlama

ABŞ prezidenti Donald Tramp sosial media səhifəsində maliyyəçi Ceffri Epşteynlə dost olmadığını bildirib.

"Unikal" xəbər verir ki, ABŞ prezidentinin sözlərinə görə, ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan maliyyəçinin işi ilə bağlı sənədlərə əsasən, Epşteyn və "yalançı alçaq" jurnalist Maykl Volf ona və prezidentliyinə zərər vermək üçün plan hazırlayıblar.

Tramp bir neçə radikal solçunu məhkəməyə verməyi planlaşdırdığını qeyd edib.

ABŞ prezidenti əlavə edib ki, demək olar ki, bütün vicdansız Demokratlardan və onların sponsorlarından fərqli olaraq, o, heç vaxt Epşteynin "yoluxmuş" adasına baş çəkməyib.

Chosen
30
unikal.az

1Sources