EN

FHN gözlənilən kəskin hava ilə əlaqədar əhaliyə müraciət etdi

Bakı.Trend:

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın5-dək ölkə ərazisində kəskin hava şəraitinin müşahidə olunacağı,güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağıntılar, ocümlədən qar yağacağı, temperaturun xeyli enəcəyiproqnozlaşdırılır.

Trend xəbərverir ki, qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN)əhaliyə müraciət edərək onları müvafiq təhlükəsizlik qaydalarınaciddi əməl etməyə çağırıb.

Bildirilib ki, güclü külək zamanı yüngül konstruksiyalı vəmüvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq,elektrik dirəyi və naqillərinin, hündür ağacların altındadayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verənyanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərəalaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarınaxüsusilə ciddi riayət edilməlidir.

Eyni zamanda, soyuq hava qaz və elektrik qızdırıcı cihazlarındanistifadənin xeyli artmasına səbəb olduğundan bu cihazlardanistifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayətedilməli, dəm qazı təhlükəsinə qarşı diqqətli davranılmalıdır.Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcıcihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıqyüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsizqoyulmamalıdır.

Bundan başqa, xüsusilə dağlıq ərazilərdə vətəndaşlar şaxtalı vəqarlı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməli, beləbir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarınıəvvəlcədən məlumatlandırmalı, avtomobilin texniki göstəricilərininfəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təminetməlidirlər. Qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dikyamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayışməntəqəsinə geri dönmək tövsiyə olunur.

Məqalədə:
Chosen
246
5
az.trend.az

10Sources