Saatlı rayonu Qıraqlı kəndi ərazisindən keçən polis əməkdaşları su kanalında düşən azyaşlını xilas ediblər.
BAKU.WS-in məlumatına görə, kanaldan çıxarılan uşağa ilkin tibbi yardım göstərilib və o, xidməti avtomobillə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Həkimlər tərəfindən zəruri tibbi yardım göstərilən azyaşlının hazırda vəziyyəti qənaətbəxşdir.