Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 7–8 fevral tarixlərində Fransanın paytaxtı Parisdə Böyük Dəbilqə turniri keçiriləcək.
"Football-plus.az" Azərbaycan Cüdo Federasiyasının saytına istinadən xəbər verir ki, Azərbaycan nüfuzlu yarışda kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov və Slavko Tekiçin başçılığı altında 5 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunacaq.
İki gün davam edəcək turnirdə 82 ölkədən 526 idmançı mübarizə aparacaq.
Kişilər
-60 kq
Balabəy Ağayev
-66 kq
Nazir Talıbov
Ruslan Paşayev
-81 kq
Zelim Tçkayev
Vüsal Qələndərzadə
-100 kq
Əjdər Bağırov
+100 kq
Uşanqi Kokauri
Kənan Nəsibov