Körpü ÇÖKDÜ: ÖLƏNLƏR VAR
Ajans.az Xinhua agentliyinə istinadən xəbər verir ki,xilasedicilər əvvəllər itkin düşmüş hesab edilən üç nəfərin cəsədini dağıntılar altından çıxarıblar. Daha əvvəl iki ölüm hadisəsi barədə məlumat verilmişdi. Hadisə 2 fevral axşamı Yançenq şəhərində tikilməkdə olan dəmir yolu körpüsünün tağüstü hissəsinin uçması nəticəsində baş verib. Mühəndislik işlərinə Çin Dəmir Yolu Tikinti Korporasiyasının (CRCC) 12-ci Bürosu cavabdeh olub. Hadisə yerində xilasetmə əməliyyatları başa çatıb. Körpünün uçmasının səbəbləri araşdırılır.