EN

Qəbələdə “Qış nağılı” Musiqi Festivalı başlayır

Bakı. Trend:

Fevralın 5-dən Qəbələdə II Beynəlxalq “Qış nağılı” MusiqiFestivalı başlayır.

Trend xəbər verir ki, ÜzeyirHacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, HeydərƏliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və“Gilan”ın dəstəyi ilə keçirilir.

2009-cu ildən yay mövsümündə keçirilən Qəbələ Musiqi Festivalıartıq ikinci ildir ki, qışda da təşkil edilir.

Festivalın keçirildiyi 4 gün ərzində Qəbələdəki Heydər ƏliyevKonqres Mərkəzində izləyicilərə rəngarəng proqram təqdim ediləcək.Müxtəlif musiqi zövqlərinə uyğun konsertlər olacaq: vokal, kamerainstrumental musiqi axşamları, solo çıxışlar, flamenko-caz,Azərbaycan-İspaniya, Bakı-Neapol kimi musiqi gecələri soyuq qışfəslini rəngləndirəcək.

“Qış nağılı”nın birinci günü dahi bəstəkar Qara Qarayevin musiqiirsinə həsr olunacaq. Səhnədə Xalq artistləri Fərhad Bədəlbəyli vəMurad Adıgözəlzadə, Azərbaycan Dövlət Simli Kvarteti çıxışedəcək.

Fevralın 6-da isə festivalın təntənəli açılışı olacaq. Çıxışedənlər: Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə AzərbaycanDövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, Əməkdarartist Afaq Abbasova (soprano), Aytac Şıxəlizadə (mezzo-soprano),Azər Zadə (tenor), Mahir Tağızadə (bariton). Həmin gecə CakomoPuççini, Coakino Rossini, Cüzeppe Verdi, Frans Leqar, Musa Mirzəyevvə digər Azərbaycan və dünya bəstəkarlarının sevilən əsərlərindənibarət konsert proqramı təqdim olunacaq.

Qəbələ festivalı musiqi bayramı olmaqla yanaşı, həm dəmədəniyyətlərarası dialoqa mühüm töhfə kimi dəyərləndirilə bilər.Budəfəki festival da bu mənada istisna deyil. Belə ki, fevralın7-də Qəbələdə Azərbaycanla İtaliya arasında dostluğu təcəssümetdirən “Bakı-Neapol: Musiqi Körpüsü” kamera musiqi axşamıkeçiriləcək. İzləyicilər Azərbaycan və İtaliya bəstəkarlarınınəsərlərini dinləyəcəklər.

Fevralın 8-də isə “Qış nağılı” Beynəlxalq Musiqi Festivalınınbağlanışı olacaq. “Azərbaycan-İspaniya: iki ölkə, bir musiqi” adlıflamenko-caz musiqi gecəsində İspaniyadan dəvət alan ifaçı vərəqqaslar səhnəyə çıxacaq.

Beləliklə, 4 gün ərzində Qəbələ növbəti dəfə musiqisevərlərəunudulmaz “Qış nağılı” bəxş edəcək.

Chosen
17
12
az.trend.az

10Sources