EN

Rayonlararası və rayondaxili marşrutlar üzrə yeni daşıyıcılar seçildi

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindənsərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkimedilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlıtədbirlərin davamı olaraq Bakı–Gəncə, Bakı–Laçın(Laçın-Həkəri-Zəngilan yolu), Mingəçevir–Horadiz, Gəncə–Qazax,Qazax–Gəncə şəhərlərarası, həmçinin Aşağı Atuc kəndi (Quba) –Heydər Əliyev prospekti (Mərkəzi bazar) rayondaxili avtobusmarşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Bu barədə Trend-ə AYNA-dan məlumat verilib.

Bildirilir ki, Bakı–Gəncə marşrutu üzrə hüquqi şəxs “Uğurlu Yol”MMC;

Bakı–Laçın marşrutu üzrə hüquqi şəxs “Qarabağ Bus” MMC;

Mingəçevir–Horadiz marşrutları üzrə fiziki şəxslər HüseynovaYeganə Nasib qızı və İsgəndərov Roman Şükür oğlu;

Gəncə–Qazax marşrutları üzrə fiziki şəxslər Heydarlı Orxan Vaqifoğlu və Bayramov Həsən Rəsul oğlu;

Qazax–Gəncə marşrutları üzrə fiziki şəxslər Rzayev Alxan Rafiqoğlu və Yolçuyev Asəf Rəfayıl oğlu;

Aşağı Atuc kəndi (Quba) – Heydər Əliyev prospekti (Mərkəzibazar) marşrutu üzrə hüquqi şəxs “Uğurlu Yol” MMC qalib elanolunublar.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, NazirlərKabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilətəsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalqmarşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasınadair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğunolaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir.Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti,təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutlarıntəhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Chosen
113
6
az.trend.az

10Sources