EN

Britaniya şahzadəsi Edvard Epstein qalmaqalı ilə bağlı ilk dəfə danışdı » AzadMedia.az

Britaniya

Britaniya kral ailəsinin üzvü, Edinburq hersoqu Şahzadə Edvard Jeffrey Epstein qalmaqalı ilə bağlı ilk ictimai açıqlamasını verib. O, Dubayda keçirilən beynəlxalq tədbir çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən mövzuya münasibət bildirib

Şahzadə Edvard qeyd edib ki, bu cür qalmaqallar müzakirə edilərkən əsas diqqət qurbanlara yönəlməlidir. Onun sözlərinə görə, baş verən hadisələr fonunda ən vacib məsələ zərər çəkmiş insanların unudulmamasıdır.

Kral ailəsinin üzvlərinin Epstein işi ilə bağlı adlarının mediada hallanmasından sonra məsələ yenidən gündəmə gəlib. Şahzadə Edvardın açıqlaması isə bu mövzuda kral ailəsi tərəfindən verilən nadir və ehtiyatlı mövqelərdən biri kimi qiymətləndirilir.

Qeyd edək ki, Jeffrey Epstein işi beynəlxalq miqyasda uzun illərdir geniş rezonans doğurur və yeni açıqlanan sənədlər qalmaqalı yenidən gündəmin əsas mövzularından birinə çevirib

Chosen
100
1
azadmedia.az

2Sources