ABŞ Ədliyyə Nazirliyinin 2026-cı ilin yanvarında açıqladığı Epşteyn sənədləri sonrası yayımlanan yeni bir təyyarə videosu gündəm yaradıb.
Far.Az xəbər verir ki, görüntülərdəki şəxsin, 2002-ci ildə Afrikaya səfərdən qayıdan aktyor Kris Takerə bənzədiyi iddia edilir.
Qeyd edək ki, Kris Taker daha əvvəl də Epşteyn dosyasında adı hallansa da, bu məsələ ilə bağlı rolunu təkzib etmişdi.