EN

Tramp: Rusiya Kiyevə zərbələrin dayandırılması ilə bağlı vədinə əməl edib

ABŞ prezidenti atəş fasiləsinin bir həftə davam etdiyini, lakin sonradan başa çatdığını bildirib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Rusiya hakimiyyətinin Kiyevə zərbələrin müvəqqəti dayandırılması ilə bağlı verdiyi vədi yerinə yetirdiyini açıqlayıb. Onun sözlərinə görə, atəş fasiləsi bir bazar günündən növbəti bazar gününədək, yəni bütöv bir həftə davam edib. Tramp bu müddətin əhəmiyyətli olduğunu vurğulayaraq, Vaşinqtonun istənilən müddətli fasiləyə razı ola biləcəyini qeyd edib.

ABŞ prezidenti çıxışında bildirib ki, Rusiya prezidenti Vladimir Putin bu məsələdə sözünün üstündə dayanıb: “Putin bu hissədə verdiyi vədi saxladı. Bu, əhəmiyyətli idi, bilirsiniz, bir həftə idi, biz istənilən müddətə razı olardıq”. Tramp əlavə edib ki, fasilə başa çatdıqdan sonra vəziyyət dəyişib və Rusiya yenidən hücumlara başlayıb:

“Pauza bitdi və indi Putin onlara güclü zərbə endirib”, deyə Trampəlavə edib.

Xatırladaq ki, Donald Tramp yanvarın 29-da açıqlamasında sərt şaxtalar səbəbindən Ukraynaya zərbələrin müvəqqəti dayandırılması üçün şəxsən Vladimir Putinə müraciət etdiyini demişdi. Onun sözlərinə görə, Rusiya prezidenti bu təkliflə razılaşıb. Daha sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb ki, Tramp Kiyevə hücumların fevralın 1-dək dayandırılmasını təklif edib və məqsəd hərbi münaqişənin nizamlanması üzrə danışıqlar üçün şərait yaratmaq olub.

Bu arada, dünən Rusiya Müdafiə Nazirliyi gecə saatlarında Ukraynanın hərbi-sənaye kompleksi və enerji infrastrukturu obyektlərinə kütləvi zərbələrin endirildiyini bildirib. Nazirliyin məlumatına görə, bu hücumlar Kiyevin Rusiya ərazisində mülki obyektlərə endirdiyi zərbələrə cavab xarakteri daşıyıb.

Poliqon.info

Chosen
45
poliqon.info

1Sources