Daşkəsən Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, Milli Məclisin sabiq deputatı Əhəd Abıyevə ağır itki üz verib.
NOCOMMENT.az-ın xəbərə görə, onun qardaşı Nadir Abıyev uzun sürən xəstəlikdən sonra 73 yaşında vəfat edib.
N.Abıyev xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, Türkiyə və Azərbaycan xəstəxanalarında müalicə alıb. Amma müalicə müsbət nəticə verməyib.
Qeyd edək ki, Nadir Abıyev 2006-2020-ci illərdə Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Nadir Abıyevin ölüm xəbəri yayılmışdı. Lakin Əhəd Abıyev qardaşının vəziyyətinin ağır olduğunu, amma vəfat etmədiyini bildirmişdi.