EN

“Kəpəz”in futbolçusunu bıçaqlayan şəxs tutuldu

Gəncədə “Kəpəz”in futbolçusunu bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

İdman.Biz-ə DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində V.Rzayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı Nihad Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bıçaqlanan şəxs “Kəpəz”in futbolçusu Veysəl Rzayevdir.

İdman.Biz
Chosen
49
11
idman.biz

10Sources