Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis fevralın 15-də Türkiyəyə səfər edəcək.
Publika.az xəbər verir ki, Mitsotakis bu barədə "Skai" televiziyasına müsahibəsində bildirib.
O, səfəri zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Həmçinin onlar sonuncu dəfə 7 dekabr 2023-cü ildə Afinada keçirilən Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasına sədrlik edəcəklər.
Mitsotakis müsahibəsində ABŞ-ın Türkiyə-Yunanıstan mübahisələrində vasitəçilik etmək istəmədiyini və Yunanıstan-İsrail münasibətlərinin strateji dərinliyə malik olduğunu bildirib.
O, iki ölkə arasında narazılığın olduğunu da vurğulayıb: "Bu, Egey və Şərqi Aralıq dənizində kontinental şelfin və Xüsusi İqtisadi Zona sərhədlərinin delimitasiyasıdır. Keçmişdə kəşfiyyat danışıqları zamanı bu məsələni həll etmək üçün imkanlar yaranmışdı".