
Polşa “Epşteyn işi”ni araşdırmaq üçün hökumət komissiyası yaradan ilk ölkə olub.
Missiya.Az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk əmr verib.
Bildirilib ki, bu, qalmaqallı milyarderlə (Cefri Epşteyn) bağlı yeni sənədlərin ABŞ-də dərc olunmasından sonra baş verib.
Komissiya, ABŞ məhkəməsində və mediada qeyd edildiyi kimi, Polşa vətəndaşları ilə Epşteynin ətrafı arasında mümkün əlaqələr barədə məlumatları araşdırmaq üçündür.
Daşqın HəsənovMissiya.Az