EN

Orban bunu bacaran yeganə AB lideridir - Siyarto

Macarıstan dünyanın dörd ən böyük gücü - Rusiya, ABŞ, Çin və Türkiyə ilə yaxşı münasibətlər saxlayan yeganə AB ölkəsi olaraq qalır.

Aktual.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

"Dünya nizamının formalaşdığı hazırkı qarışıq dövrdə strategiyamız dörd qlobal güc mərkəzinin Macarıstanın uğurları ilə maraqlanmasını, ya da heç olmasa uğursuzluqlarında maraqlı olmamasını təmin etməkdir. Hazırda Macarıstanın Baş naziri Viktor Orban ABŞ, Rusiya, Çin və Türkiyə rəhbərləri ilə eyni vaxtda yaxşı münasibətlər saxlayan yeganə Avropa lideridir. AB hakimiyyəti isə əksinə, dünya güclərindən təcrid yolunu seçib. Hazırkı vəziyyətdə Macarıstan Şərq və Qərb şirkətləri üçün mühüm görüş yerinə çevrilib və son dörd il investisiya baxımından ölkə tarixində ən uğurlu il olub”, - o bildirib.

Chosen
4
1
ulusum.az

2Sources