EN

"OBA" marketdə ölüm hadisəsi - "...mübahisə zamanı infarkt keçirib, vəfat etdi"

Bakıda 75 yaşlı qadın marketdə vəfat edib.

Paytaxt.org xəbər verir ki, hadisə fevralın 3-ü saat 13 radələrində Nizami rayonu C.Naxçıvanski küçəsi 73-də yerləşən “Oba” marketdə baş verib.

Bakı şəhər sakini 1951-ci il təvəllüdlü Gülsarə İsa qızı Mirzəliyeva orada qəfil vəfat edib. 

Məlumata görə, müştəri qismində digər müştərilər də hadisəyə şahidlik ediblər. Hadisə şahdilərinin birinin sosial şəbəkə üzərindən əməkdaşımıza yazığına görə, "mərhumə Gülsarə Mirzəyeva OBA marketdə aldığı məsulun vaxtı keçdiyi üçün mübahisə edib.Tanıdığımız insan idi. Ürəyində öncədən problem olan xanım müştəri baş verən hadisə zamanı infarkt keçirərək vəfat etdi" deyə hadisə iştirakçılarından biri olduğunu iddia edən digər müştəri bildirib.

Məlumata görə halhazırda ölüm faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Chosen
11
paytaxt.org

1Sources