EN

Elon Mask 852 milyard dollarlıq sərvət REKORDU QIRIB

Ajans.az Forbes jurnalına istinadən xəbər verir ki,Maskın sərvəti 852 milyard dollara çatıb. Bu artım Maskın raket istehsalçısı SpaceX şirkətinin onun süni intellekt sahəsində fəaliyyət göstərən xAI şirkətini əldə etməsindən sonra baş verib. Forbesin hesablamalarına əsasən, sövdələşmə Maskın xalis sərvətini 84 milyard dollar artırıb.

Son aylarda Elon Maskın sərvəti bir neçə mühüm həddi ardıcıl şəkildə keçib. Ötən ilin oktyabrında DOGE rəhbərliyindən istefa verməsi və Tesla səhmlərinin kəskin bahalaşmasından sonra o, 500 milyard dollarlıq sərvətə çatan ilk şəxs olub. Daha sonra, dekabrın 15-də 600 milyard dollar həddini keçib. Dekabrın 20-də isə Maskın xalis sərvəti 700 milyard dolları ötüb.

Chosen
11
Ajans.az

1Sources