EN

Millimiz Gürcüstanla qarşılaşacaq

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi fevralın 5-dən 10-dək Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olacaq.

Msport.az xəbər verir ki, U-17 hazırlıq çərçivəsində fevralın 6-da və 9-da Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.

Hər iki qarşılaşmanın Gürcüstan Futbol Federasiyasının Futbol Akademiyasında Bakı vaxtı ilə saat 13:00-da başlanması planlaşdırılır.

 

U-17 millimizin heyəti aşağıdakı kimidir:

Qapıçılar: İradə Əsədli (“Şəfa”), Süməyyə Əhməd (“Ulduz”);

Müdafiəçilər: Aysu Əsədova, Aylin Azadova (“Sabah”), Ayan Abdiyeva (“Liman”), Xədicə Rəhimova (“Neftçi”), Zəhra İsmayilova (“Şəfa”), Məryəm Nuruzadə, Aylin Əliyeva (“Ulduz”), Nuray Əzizova (“Təhsil 8 İOEUGİM”);

Yarımmüdafiəçilər: Məryəm Səmədli, Fatimə Kərimli (“Sabah”), Suel Polikarpova, Sara Səlimova (“Neftçi”), Dəniz Mikayıllı (“Şəfa”), Sara Qaribova (“Təhsil 8 İOEUGİM”);

Hücumçular: Şəhanə Mirzəliyeva (“Liman”), Zəhra Abdullayeva (“Ulduz”).

Chosen
35
2
msport.az

3Sources