EN

Güclü külək paytaxtda ağacları aşırdı

Paytaxtda ötən gün axşam saatlarından davam edən güclü külək nəticəsində fevralın 4-ü saat 12.00-a şəhər üzrə 37 ağac aşıb. 23 ağacın budaqları qırılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, dünəndən etibarən gücləndirilmiş iş rejimində çalışan Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən operativ tədbirlər görülür.

Chosen
10
2
azerbaijan-news.az

3Sources