EN

Ronaldu Səudiyyə Ərəbistanında "itkin düşdü" - FOTO

Səudiyyə Ərəbistanındakı futbol azarkeşləri "Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldunu ələ salıblar.

Fanat.Az "The Touchline" portalına istinadən xəbər verir ki, paytaxt Ər-Riyadın küçələrində təcrübəli ulduzun itkin düşməsi ilə bağlı elanlar peyda olub.

Elanın mətni belədir: "40 yaşlı kişi ailəsi onu tapana qədər göz yaşı axıtmağa məcburdur".

Daha öncə Ronaldunun "Əl-Nəsr"lə müqaviləsini vaxtından əvvəl pozmaq variantını nəzərdən keçirdiyi barədə məlumatlar dərc edilib.

Ronaldu 2023-cü ildən paytaxt təmsilçisinin formasını geyinir. Sözügedən futbolçunun klubu ilə anlaşmasının müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 12 milyon avro ilə dəyərləndirir.

Nihat  
 

Chosen
15
fanat.az

1Sources