EN

Nurlan Novruzov klubunu dəyişdi

style='margin-bottom:10px;'>

"Mingəçevir" daha bir futbolçunu heyətinə cəlb edib.

QOL.az xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi Nurlan Novruzovla mövsümün sonuna qədər müqavilə imzalayıb.

Son olaraq 2-ci liqa təmsilçisi "Şəki Siti"də oynayan 32 yaşlı hücumçu karyerası ərzində Azərbaycanda “Bakı”, “Sumqayıt”, Səbail”, Türkiyədə “Şanlıurfa”, “Dersim 62 Spor”, Moldovada “Dinamo-Auto”, Estoniyada "Narva Trans", Nepalda "Lalitpur Siti", Litvada "Jonava"da çıxış edib.

Xatırladaq ki, "Mingəçevir" bunadək Nika Çaçaşvili, Əmrah Məmmədli Qabil Əlizadən, Bahadur Həziyev, Elçin Mustafayev, Əkbər Eyubov və Şahmar Aşurovu da transfer edib. 

Chosen
87
2
teleqraf.com

3Sources