EN

Nurlan Novruzov "Mingəçevir"də - RƏSMİ

Azərbaycan Premyer Liqasının keçmiş bombardiri Nurlan Novruzov I Liqa təmsilçisi "Mingəçevir"ə keçib.

Fanat.Az xəbər verir ki, bu barədə məlumatı bölgə təmsilçisinin mətbuat xidməti yayıb.

32 yaşlı hücumçu ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.

Son klubu II Liqa təmsilçisi "Sheki City" olmuş təcrübəli futbolçu yeni komandasında 19 nömrəli formanı geyinəcək.

Chosen
82
fanat.az

1Sources