Bakı. Trend:
Amerikalı milyarder İlon Maskın “SpaceX” şirkəti fevralın 2-dəbuxarılışı zamanı qeydə alınan nasazlıqla əlaqədar “Falcon 9”raketlərinin buraxılışını dayandırıb.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Problem “Starlink” sisteminə aid 25 peykdən ibarət qrupun ikincipillədən ayrılmasından sonra həmin pillənin orbitdən çıxarılmasızamanı baş verib.
Plana əsasən, “Falcon 9” raketinin növbəti buraxılışı 6 fevraltarixinə nəzərdə tutulurdu.
Məlumata görə, raket buraxılışlarına və onların ictimaitəhlükəsizliyə təsirinə nəzarət edən ABŞ Federal Mülki AviasiyaAdministrasiyasının nümayəndəsi ABŞ-də şatdaun fonunda ödənişsizməzuniyyətə göndərilib və “Reuters” agentliyinin sorğusuna cavabverməyib.