EN

MS-dən müvəqqəti ayrıldı

“Mançester Siti” Divayn Mukasa ilə yolları müvəqqəti ayırıb.

"Football-plus.az" xəbər verir ki, “Şəhərlilər”in 18 yaşlı yarımmüdafiəçisi mövsümün sonuna qədər “Lester”ə icarəyə verilib. Mukasa MS-nin əsas heyətində 2025-ci ilin sentyabrında debüt edib və kubok matçında fərqlənib. O, əsas komandada ümumilikdə 6 oyuna çıxıb və 1 qol vurub.

Xatırladaq ki, yarımmüdafiəçi həmçinin UEFA Gənclər Liqasında 4 oyuna 4 qol, əvəzedici heyətdə isə 9 oyuna 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
23
football-plus.az

1Sources