
ABŞ və İran arasında planlaşdırılan vacib nüvə danışıqları Vaşinqtonun İranın yer və format dəyişikliyi tələbini rədd etməsindən sonra dayanıb.
ABŞ və İran arasında cümə günü keçirilməsi planlaşdırılan görüşün yeri və formatı ilə bağlı fikir ayrılıqları səbəbindən uğursuz olduğu bildirilir. ABŞ mətbuatında adı açıqlanmayan iki ABŞ rəsmisinə istinadən yayılan xəbərlərə görə, ABŞ İranla cümə günü keçiriləcək görüşün yerini və formatını dəyişdirməkdən imtina edib. Məlumatlarda bildirilir ki, ABŞ rəsmiləri yerin dəyişdirilməsi tələbini nəzərdən keçiriblər, lakin bu gün rədd etmək qərarına gəliblər.
ABŞ rəsmiləri bildiriblər ki, "Biz onlara ya bu, ya da yox dedik, onlar isə "Yaxşı, onda yox" dedilər". Rəsmilər həmçinin bildiriblər ki, iranlılar ilkin formata qayıtmaq istəsələr, ABŞ bu həftə və ya gələn həftə görüşməyə hazırdır.
Rəsmilər bildiriblər ki, ABŞ İranla tez bir zamanda həqiqi razılığa gəlmək istəyir, əks halda başqa variantları da araşdıra bilərlər.
İran və ABŞ arasında görüşün cümə günü Türkiyədə keçirilməsi planlaşdırılırdı və bəzi ərəb və müsəlman ölkələrinin müşahidəçi qismində iştirakı planlaşdırılırdı. İran mediasının məlumatına görə, görüşün Omanın paytaxtı Məsqətdə keçiriləcəyi və dolayı formatda, müzakirələr yalnız nüvə faylı və İrana qarşı sanksiyaların qaldırılması ilə məhdudlaşacağı bildirilirdi.