EN

Bu üz qabığı gündəm oldu “Ayətullahdan sonra” Foto

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

ABŞ ilə İran arasında gərginliyin artdığı, qarşılıqlı təhdidlərin və mümkün müharibə ssenarilərinin müzakirə olunduğu bir dövrdə “Time” jurnalı yeni üz qabığı ilə diqqətləri yenidən İrana yönəldib.

“Qafqazinfo” xəbər verir ki, jurnal son sayında İranın ali rəhbəri Ayətullah Əli Xameneini hədəf alan “Ayətullahdan sonra” başlıqlı üz qabığını dərc edib.

Üz qabığında Xamenei arxası çevrilmiş siluet şəklində təsvir olunur. Ön planda isə qəzəbli, etiraz edən izdihamın silueti yer alır.

Bu üz qabığı İranda mümkün post-rejim dövrünə işarə edən simvolik mesaj kimi dəyərləndirilib.

Üz qabığında yumruqlarını qaldıran, qələbə işarələri edən və qışqıran insanların yer alması ölkədəki narazılığın və dəyişiklik istəyinin təmsili kimi şərh olunub. Təsvirin mərkəzində lider fiquru arxası çevrilmiş formada verilub, bunun isə hakimiyyətin zəifləməsi və ya sonrasına işarə olduğu iddia edilib.

Qırmızı və qara tonların üstünlük təşkil etdiyi üz qabığı İranda sosial qəzəbi, zorakılığı və boğulmuş narazılığı simvolizə edir. Tüstü və qaranlıq elementlər isə ölkənin üzləşdiyi böhranları və qeyri-müəyyən gələcəyi ifadə edən vizual mesajlar kimi təqdim olunur.

“Time” jurnalının bu üz qabığı təkcə analitik yanaşma deyil, həm də siyasi və psixoloji mesaj kimi qiymətləndirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
30
qafqazinfo.az

1Sources