EN

Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər

ain.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.

“Türkiyə və Misir Qəzza zolağında və Liviyada davamlı sülh və sabitliyin təmin edilməsi üçün birlikdə çalışırlar”.

Reyting.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə Qahirədə keçirdiyi birgə mətbuat konfransında deyib.

Ərdoğan Misir prezidenti ilə danışıqlarda Liviya, Sudan və Afrika Buynuzu regionunda vəziyyətin müzakirə edildiyini bildirib.

Türkiyə lideri bəyan edib ki, atəşkəs əldə olunmasına baxmayaraq, Qəzzada humanitar faciə davam edir.

E. KAMAL

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
126
reyting.az

1Sources