Ajans.az xəbər verir ki, üçüncü turun oyunu Okan Burukun yetirmələrinin inamlı qələbəsi ilə yekunlaşıb - 3:1. "Qalatasaray"a qələbə qazandıran qolları Mauro İkardi, Lukas Torreyra və Ahmed Kutucu vurublar. "İstanbulspor"un təsəlli qolunun müəllifi isə Mendi Mamadu olub.
Bununla da "Qalatasaray" qrupda ardıcıl üç oyunda meydandan qalibiyyətlə ayrılıb.