EN

“Atletiko”da daha iki yeni futbolçu

“Atletiko” bu qış heyətini daha iki futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Madrid təmsilçisi “Sietl Saunders”dən Obed Qomes Varqası və “Elçe”dən Rodriqo Mendosanı sıralarına qatıb. Hər iki yarımmüdafiəçinin 20 yaşı var. “Atletiko” Obed Qomeslə müddəti 2030-cu ilin yayına, Rodriqo ilə isə 2031-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalayıb.

Xatırladaq ki, paytaxt klubu bir neçə gün əvvəl “Atalanta”dan Ademola Lukmanı transfer edib.

Chosen
117
2
football-plus.az

4Sources