EN

Ali Məhkəmə ictimai fəalları həbsdə saxlayıb

ain.az bildirir, Gununsesi portalına istinadən.

Bu gün Ali Məhkəmədə həbsdə olan işçi hüquqları fəalı Afiəddin Məmmədov və ictimai fəal İlhamiz Quliyevin kassasiya şikayətlərinə baxılıb.

Gununsesi.info bildirir ki, məhkəmə hər iki fəalın şikayətlərini təmin etməyib.

A.Məmmədovun vəkili Zibeydə Sadıqova hakim Nazim Mövsümova bildirib ki, əvvəlki məhkəmə instansiyalarında verdiyi 20-yə yaxın vəsatətin heç birinə baxılmayıb.

A.Məmmədov da çıxışında prosesə ədalətli baxılmamağından şikayət edib.

İ.Quliyevin kassasiya şikayətinə isə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən məhkəmə prosesində baxılıb.

Günay

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
10
1
icma.az

2Sources