Salyan Rayon İcra Hakimiyyətinin (RİH) baş memarı vəzifəsindən azad olunub.
BAKU.WS İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Rüstəm Xəlilov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Teyyub Hüseynov baş memar vəzifəsindən azad edilib.
Hazırda Memarlıq-tikinti məsələləri sektorunun müdiri - baş memar vəzifəsi vakansiyaya çıxarılıb.