Bakivaxti saytından verilən məlumata görə, ain.az xəbər verir.
Azərbaycanın keçmiş baş prokuroru Zakir Qaralov vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Bakıda müxtəlif biznes sahələrində fəaliyyətini davam etdirir.
Bu barədə Bakıvaxtı.az-ı məlumatlandıran mənbə iddia edir ki, Qaralov dərman biznesindən tutmuş mebel və bir sıra xarici məhsulların idxalına qədər müxtəlif sahələrdə şirkətlər idarə edir.
Bu arada, onun adı yenidən inşaat sektorunda hallanır. İddialara görə, Z.Qaralov tikinti sahəsi ilə bağlı müxtəlif layihələrdə iştirak edir.
Qeyd edək ki, Zakir Qaralovu adı “Akkord” şirkətinin sahibi kimi çəkilir. Mediada da bununla bağlı kifayət qədər məlumat var.
Məlumatlara görə, "Akkord" yenidən fəallaşmaqla işğaldan aza edilmiş ərazilərdə aparılan yenidənqurmə, abadlıq və tikinti işlərinə cəlb olunmaq niyyəti güdür.
Onu da xatırladaq ki, Zakir Qaralov 2000-2020-ci illərdə Azərbaycanın baş prokuroru olub.
Rəşid Muxtar
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.