EN

"Şirvan" yeni rəqiblə razılığa gəldi, "Xankəndi" ilə oyunu sonraya saxladı

Mövsümün ikinci yarısına hazırlığı davam etdirən II Liqa təmsilçisi "Şirvan"ın ilk iki yoxlama görüşü üçün rəqibləri müəyyənləşib. 

Bu barədə Fanat.Az-a bölgə təmsilçisinin baş məşqçisi Pərviz Bayramov məlumat verib.

Fevralın 9-da "Xankəndi" ilə planlaşdırılan görüşün vaxtı dəyişdirilib. Çempionatın şərikli lideri ilə oyunun vaxtı 16 fevrala ertələnib. Əvəzində "Şirvan" bazar günü - ayın 8-da Region Liqasının debütantı "Marafon" ilə gücünü sınayacaq. Qarşılaşma "Baku Arena"nın (keçmiş "Şəfa" stadionunun) ehtiyat meydanında baş tutacaq.

Liqanın debütantı olan "Şirvan" qış fasiləsinə 6-cı yerdə yollanıb. Ötən mövsüm Region Liqasının qalibi olan komanda yeni ildə ilk çempionat oyununu fevralın 23-də "Araz Saatlı"ya qarşı keçirəcək.    

Mirağa

Chosen
30
1
fanat.az

2Sources