EN

Ceyhun Bayramov: Zəngəzur dəhlizi beynəlxalq səviyyədə bu adla tanınır

Azərbaycan öz nəqliyyat infrastrukturunu modernləşdirərək regionun əsas logistik mərkəzi kimi mövqeyini möhkəmləndirir.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çinin "Global Times" nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi modernləşdirmə layihəsi nəticəsində BTQ (Bakı-Tbilisi-Qars) dəmir yolu xəttinin illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb:

"Bu artım Şərq-Qərb marşrutu üzrə yüklərin daha sürətli və böyük həcmdə daşınmasına şərait yaradır".

Nazir dəhlizin səmərəliliyinə nümunə kimi Çinin Sian şəhərindən çıxan blok qatarların Bakıya rekord müddətdə - cəmi 11-12 günə çatmasını göstərib: "Bu göstərici dəniz yolu ilə 45-60 gün çəkən daşımalarla müqayisədə Orta Dəhlizi qlobal ticarətdə ən cəlbedici marşrutlardan birinə çevirir".

Chosen
32
publika.az

1Sources