EN

Türkiyənin MKE TOLGA HHM sistemi növbəti ixrac uğurunu qazanıb

“Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti ilə Misir Müdafiə Nazirliyi arasında MKE TOLGA yaxın hava hücumundan müdafiə (HHM) sisteminin tədarükü üçün 130 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb.

“Poliqon” MKE-yə istinadən xəbər verir ki, bununla da MKE TOLGA HHM sistemi Qətərdən sonra növbəti ixrac uğuruna imza atmış olub.

Müasir döyüş mühitində artan hava təhdidlərinə (PUA və taktiki dron təhdidlərinə, ağıllı sursatlara və qanadlı raketlərə) qarşı MKE-nin yerli və milli imkanlarla inkişaf etdirdiyi MKE TOLGA HHM sistemi “Effektiv-Sadə-Ucuz” yanaşması əsasında hazırlanıb.

Komanda-idarəetmə sistemi, radar, elektro-optik vasitələr, elektron qarışdırıcı, müxtəlif çaplı silah sistemləri və bu silah sistemləri üçün xüsusi olaraq hazırlanmış sursatlarla inteqrasiya olunmuş həll təqdim edən MKE TOLGA, havadakı təhdid elementlərini iki fərqli üsulla – “Soft-Kill (elektron)” və “Hard-Kill (fiziki müdaxilə)” metodları ilə məhv edir.

“Soft-kill” müdaxiləsi zamanı aşkarlanan təhdid dronlar 10 kilometrə qədər məsafədə “jammer” (qarışdırıcı) vasitəsilə siqnalı qarışdırılaraq sıradan çıxarılır. “Hard-Kill” müdaxiləsində isə MKE tərəfindən hazırlanmış 12.7 mm, 20 mm və 35 mm-lik silah sistemlərindən, eləcə də yenə MKE tərəfindən xüsusi olaraq inkişaf etdirilmiş antidron sursatlarından istifadə olunur.

Partlayış müddəti və məsafəsi optimallaşdırıla bilən antidron sursatı, malik olduğu qəlpəli quruluşu sayəsində hədəf ətrafında metal buludu yaradaraq təhdid dronlarını məhv edir. 35 mm-lik antidron sursatı ilə 3000 m, 20 mm-lik qəlpəli antidron sursatı ilə 1000 m, 12.7 mm-lik qəlpəli antidron sursatı ilə isə 300 m məsafədə yerləşən hədəflər zərərsizləşdirilə bilir.

Mexaniki, yarımavtonom və tam avtonom rejimlərdə tapşırıqları yerinə yetirə bilən MKE TOLGA, modul dizaynı sayəsində sabit obyektlərə, mobil platformalara, zirehli və ya zirehsiz nəqliyyat vasitələrinə, habelə dəniz platformalarına inteqrasiya edilə bilir.

Xatırladaq ki, MKE TOLGA cari ilin yanvar ayında Qətərə həyata keçirilmiş ilk ixracı ilə beynəlxalq arenada effektivliyini və əməliyyat uğurunu nümayiş etdirib.

Ardıcıl şəkildə əldə olunan bu ixrac nailiyyətləri yaxın HHM sisteminin davamlı ixrac qabiliyyətini, real şəraitdəki yüksək performansını və qlobal bazarda üstün rəqabət gücünü təsdiqləyən mühüm bir istinad xarakteri daşıyır.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

tolga

tolga

tolga

Parcacikli

Parcacikli

Chosen
102
poliqon.az

1Sources