EN

Sumqayıtda binada güclü yanğın – VİDEO

Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən 9/29 nömrəli yaşayış binasında yanğın hadisəsi qeydə alınıb.

NOCOMMENT.az -ın yerli bürosunun məlumatına görə, alov mənzillərdən birində yaranaraq ətraf ərazilərə yayılmağa başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğın qısa müddətdə lokallaşdırılıb.

İlkin məlumatlara əsasən, yanğının səbəbi məişət texnikasında yaranan nasazlıq olub. Fakt üzrə araşdırma davam etdirilir.

Turab

Chosen
49
nocomment.az

1Sources