“Katex – Tütün” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı 29.03.2026-cı il tarixdə, saat 10-00-da Balakən şəhəri, T.Adıgözəlov küçəsi 48 ünvanında keçiriləcəkdir.
Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətin Sədrinin hesabatı
2. İllik hesabatın təsdiqi
3. Təşkilati məsələlər
4. “KATEX – TÜTÜN” ASC-nin məhdud məsuliyyətli cəmiyyət formasında yenidən təşkil edilməsi
5. Təhvil Aktının təsdiq edilməsi
6. Cəmiyyətin ləğv edilməsi
7. Digər məsələlər
Xatırladaq ki, “Katex – Tütün” ASC 2007-ci ildə yaradılıb, nizamnamə kapitalı 51 040 manat təşkil edir və qanuni təmsilçisi Fərid Cəyiyevdir.