EN

Güclü külək AAYDA əməkdaşının həyatına son qoydu

11:27

Bakıda güclü külək nəticəsində ölən şəxsin kimliyi məlum olub.

NOCOMMENT.az xəbər verir ki, hadisə fevralın 4-ü saat 15 radələrində paytaxtın Xətai rayonu, Zeytun küçəsində baş verib.

Güclü külək Zeytun küçəsində yerləşən hasarı uçurub. Hadisə nəticəsində Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Rüfət Qasımov uçqun altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır. (oxu.az)

 

****

Ötən gün Xətai rayonu Zeytun küçəsi 18 ünvanında ölüm hadisəsi baş verib.

NOCOMMENT.az  xəbər verir ki, 1980-ci il təvəllüdlü Rüfət Səhrad oğlu Qasımov Xətai rayonundakı AAYDA-ya məxsus idarədən çıxaraq yaşadığı Qaraçuxur qəsəbəsinə getmək üçün Zeytun küçəsindən keçərkən əsən güclü külək İlham Ələkbərova məxsus fərdi yaşayış evinin daş hasarı onun üzərinə uçub.

İş yoldaşı onu daşların altından çıxararaq təcili yardıma müraciət edib. Lakin R.Qasımov başından aldığı zədəyə görə dünyasını dəyişib.

Faktla bağlı Xətai Rayon Prokurorluğu araşdırma aparır. (Teleqraf)

Chosen
28
8
nocomment.az

9Sources