EN

Hüquq pərdəsi altında qərəz: Fransa Milli Assambleyasının sifarişli qətnaməsi və sülh gündəliyinin sabotajı

Bakı. Trend:

Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsi,etimad tədbirlərinin həyata keçirilməsi istiqamətində beynəlxalqictimaiyyətin mövqeyi önəmlidir. Lakin bəzi qərb paytaxtlarınınregiondakı addımları daha çox siyasi manipulyasiya və təzyiqməqsədi daşıyır. Bu baxımdan, Fransanın uzun illərdir davam edənerməni lobbisi ilə əlaqələri və regiondakı ikili standartları artıqdəfələrlə müzakirə mövzusu olub. Aydındır ki, Fransa MilliAssambleyasının 2026-cı il fevralın 4-də “Azərbaycan tərəfdəsaxlanılan erməni əsirlərin dərhal və şərtsiz azad edilməsinəçağıran” qətnamə qəbul etməsi bir daha göstərdi ki, Paris regiondasülhün bərqərar olmasında deyil, əksinə, gərginliyin qorunubsaxlanılmasında və yeni siyasi manipulyasiyaların yaradılmasındamaraqlıdır. İclasda iştirak edən 183 deputatın hamısınınyekdilliklə bu sənədin lehinə səs verməsi qətnamənin hüquqi deyil,sırf siyasi sifariş əsasında hazırlandığını və Fransa MilliAssambleyasının müəyyən dairələrin təsiri altında hərəkət etdiyiniaçıq şəkildə ortaya qoyur. Sənədin Fransa–Ermənistan Dostluq Qrupuadından parlamentari Loran Vokye tərəfindən təqdim edilməsi isə buqərəzin institusionallaşmış xarakter daşıdığını sübut edir.

Qətnamənin mahiyyəti və qəbul edildiyi zaman xüsusilədiqqətçəkicidir. Hazırda insanlıq əleyhinə cinayətlər və müharibəcinayətlərində təqsirli bilinən şəxslərin məhkəmə prosesləri artıqbaşa çatıb, onların törətdiyi ağır əməllərlə bağlı kifayət qədərfakt açıqlanıb, çoxsaylı şahid ifadələri dinlənilib və hüquqiqərarlar verilib. Bu şəxslərin əməlləri müstəqil məhkəmə tərəfindənsübuta yetirilib və beynəlxalq humanitar hüququn tələbləri əsasındamüvafiq cəzalar müəyyən edilib. Arayik Harutyunyan, LevonMnatsakanyan, David Manukyan, David Babayan, Davit İşxanyan kimişəxslərin ömürlük azadlıqdan məhrum edilməsi, Arkadi Qukasyan vəBako Sahakyanın 20 il, Madat Babayanın isə 19 il müddətinə həbscəzası alması təsadüfi deyil. Bu hökmlər emosional və ya siyasimotivlərlə deyil, konkret sübutlar və faktlar əsasında çıxarılıb.Buna baxmayaraq, Fransa Milli Assambleyasının həmin şəxsləri“erməni əsirləri” kimi təqdim edərək qətnamə qəbul etməsi hüquqiterminlərin təhrif edilməsi və ədalət anlayışına açıqhörmətsizlikdir. Bu addım həmçinin, beynəlxalq hüquq prinsiplərinə,məhkəmə qərarlarının aliliyinə və ədalət məhkəmələrininlegitimliyinə qarşı hörmətsizlik kimi qiymətləndirilməlidir.

Burada əsas məqam ondan ibarətdir ki, söhbət hərbi əsirstatusuna malik şəxslərdən deyil, Azərbaycan Respublikasınınqanunlarına və beynəlxalq hüquq normalarına əsasən məhkəməqarşısında cavab verən, müharibə və insanlıq əleyhinə cinayətlərtörətmiş şəxslərdən gedir. Fransa parlamentinin bu fərqi bilərəkdənaradan qaldırması hüququn aliliyinə yox, selektiv yanaşmayaüstünlük verdiyini göstərir. Əgər Fransa həqiqətən də beynəlxalqhüququn müdafiəsinə sadiq olduğunu iddia edirsə, o zaman işğaldövründə Azərbaycan ərazilərində törədilən etnik təmizləmə, mülkiəhaliyə qarşı zorakılıq, şəhər və kəndlərin yerlə-yeksan edilməsi,mədəni və dini abidələrin məhv edilməsi kimi faktlara da eynihəssaslıqla yanaşmalı idi. Lakin Paris bu mövzuda illərdirsusqunluq nümayiş etdirir.Eyni zamanda, belə selektiv mövqebeynəlxalq hüququn universal prinsiplərinə ziddir və regiondaədalətə xidmət etməyən, yalnız müəyyən siyasi dairələrinmaraqlarını güdən addım kimi qiymətləndirilməlidir. Qətnamə iləFransa tərəfinin məhkəmə qərarlarını, faktları və beynəlxalq hüquqnormalarını görməməzlikdən gəlməsi, əslində ədalət mexanizmlərinəvə hüquqi prosedurlara hörmətsizlikdir. Bu isə sülh prosesinədeyil, gərginliyin dərinləşməsinə və yeni qarşıdurmalarınalovlanmasına xidmət edir.

Qətnamənin qəbul edilməsi Fransanın regionda vəziyyəti yenidəngərginləşdirmək planlarından əl çəkmədiyini açıq şəkildə göstərir.Postmünaqişə dövründə Azərbaycan dayanıqlı sülhün bərqərar olunmasıüçün konkret və ardıcıl addımlar atıb, sülh müqaviləsi təşəbbüsüilə çıxış edib. Lakin Fransa bu prosesi müxtəlif bəhanələrləpozmağa çalışır. Parisin bu mövqeyi yalnız Bakıya qarşı deyil,bütövlükdə Cənubi Qafqazda sabitliyə qarşı yönəlib. Çünki sülhünəldə olunması Fransanın illərdir bölgədə formalaşdırmağa çalışdığıtəsir mexanizmlərini zəiflədə və onu proseslərdən kənarda qoyabilər. Eyni zamanda Fransa parlamentinin belə addımı beynəlxalqhüquq prinsiplərinə və regionda sülhə xidmət edən təşəbbüslərəziddir. Bu, həm də regionda yeni siyasi gərginlik yaratmaqla,etimad mühitini sarsıtmaq məqsədi daşıyır. Belə selektiv yanaşmasülh prosesinə deyil, daha çox qarşıdurmanın uzanmasına xidmət edirvə beynəlxalq təşkilatların mövqeyinə də mənfi təsir göstərir.

Fransa prezidenti Emmanuel Makronun bu prosesdəki rolu xüsusilədiqqət çəkir. 2025-ci ilin oktyabrında Kopenhagendə Avropa SiyasiBirliyinin 7-ci Zirvə toplantısı çərçivəsində Prezident İlhamƏliyevlə görüşərək iki ölkə arasında gərginliyin aradanqaldırılmasını və münasibətlərin bərpa olunmasını xahiş edənMakronun bu çağırışlarının səmimi olmadığı çox keçmədən üzə çıxdı.Əgər Fransa Prezidenti həqiqətən münasibətlərin normallaşmasındamaraqlı idisə, onun rəhbərlik etdiyi dövlətin parlamenti bu qədəraçıq-aşkar qərəzli və təxribatçı qətnamə qəbul etməzdi. Bu faktMakronun ya daxili siyasi təzyiqlər qarşısında aciz qaldığını, yada qərarsız siyasət yürütməyə üstünlük verdiyini göstərir.

Makronun Ermənistanpərəst mövqeyi yeni deyil. O, müxtəlifçıxışlarında dəfələrlə Ermənistanı açıq şəkildə müdafiə edib vəAzərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərdə qeyri-müəyyən vəziddiyyətli bəyanatlar verib. Bu isə Fransanın beynəlxalq vasitəçikimi etibarlılığını tamamilə sarsıdır. Xüsusilə ATƏT-in MinskQrupunun həmsədri olmuş bir ölkənin bu cür açıq tərəfkeşlik nümayişetdirməsi diplomatik etikanın kobud şəkildə pozulmasıdır. Makronunsiyasi ritorikası regionda sülh gündəliyinə deyil, revanşistqüvvələrin ümidlərinin diri saxlanılmasına xidmət edir. Həmçinin,Fransa rəhbərliyinin bu cür addımları regionda etimad mühitininyaradılmasına mane olur və sülh prosesini təxirə salır. Beləsiyasət həm Azərbaycanla, həm də digər region dövlətləri iləikitərəfli münasibətlərin normallaşmasını çətinləşdirir. Əgər Parissülhə real töhfə vermək istəyirsə, mövqeyini balanslı vəkonstruktiv yanaşma əsasında yenidən nəzərdən keçirməlidir.

Fransanın bu davranışı eyni zamanda ABŞ-nin regionda sülhüntəşviqi istiqamətində atdığı addımlara da zərbə vurur. Vaşinqtonson dövrlər Cənubi Qafqazda sabitliyin təmin olunması,kommunikasiyaların açılması və tərəflər arasında etimadınmöhkəmləndirilməsi üçün müəyyən təşəbbüslərlə çıxış edib. LakinParis bu cəhdləri kölgədə qoymağa çalışır. Fransa faktiki olaraqregionda paralel və ziddiyyətli xətt yürüdərək sülh prosesiniçətinləşdirir. Bu yanaşma nə Avropa İttifaqının ümumi maraqlarına,nə də NATO-nun təhlükəsizlik arxitekturasına uyğun gəlir.

Əksinə, Fransanın bu siyasəti Cənubi Qafqazın Aİ və NATO iləəlaqələrinin sağlam əsaslar üzərində inkişafına mane olur. Regiondauzunmüddətli sabitlik yalnız beynəlxalq hüququn prinsiplərinəhörmət, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün tanınmasıəsasında mümkündür. Paris isə bu prinsipləri selektiv şəkildətətbiq edərək özünü etibarsız tərəfdaş kimi ortaya qoyur. NəticədəFransa regionda sülh yaradan deyil, gərginlik ixrac edən aktoraçevrilir. Belə siyasət Avropa və transatlantik müttəfiqlər arasındaetimadın zəifləməsinə səbəb olur və tərəflər arasındakoordinasiyanın pozulmasına gətirib çıxarır. Parisin ikilistandartları sülh prosesinə deyil, regional böhranların uzanmasınaxidmət edir. Əgər Fransa Aİ və NATO çərçivəsində ciddi rol oynamaqistəyirsə, məhz bu çərçivələrin prinsiplərinə sadiq qalmalı vəkonstruktiv mövqe nümayiş etdirməlidir.

Bütün bunların fonunda Fransa Milli Assambleyasının qəbul etdiyiqətnamə hüquqi sənəd deyil, siyasi təzyiq alətidir. Bu sənədAzərbaycanın daxili işlərinə müdaxilə cəhdindən və Fransanınpostmünaqişə reallıqları ilə barışmaq istəməməsindən başqa bir şeydeyil. Azərbaycan isə beynəlxalq hüquqa uyğun şəkildə suverenliyinivə hüquq sistemini bərpa edib, cinayət törətmiş şəxsləri qanunqarşısında cavab verməyə cəlb edib. Bu prosesə kənardan müdaxiləcəhdləri isə sülhə deyil, qarşıdurmaya xidmət edir.

Nəticə etibarilə, Fransa və onun Milli Assambleyası regiondasülh gündəliyini pozur, yeni gərginlik ocaqları yaradır vərevanşist qüvvələri ruhlandırır. Azərbaycan isə bütün təzyiqlərəbaxmayaraq prinsipial mövqeyindən geri çəkilmir və sülhünalternativsiz olduğunu bəyan edir. Əgər Fransa həqiqətən regiondasabitlik və təhlükəsizlik istəyirsə, qərəzli qətnamələrdən, ikiüzlübəyanatlardan imtina etməli, beynəlxalq hüququn tələblərinə hörmətetməli və reallıqları qəbul etməlidir. Əks halda, Parisin busiyasəti ona nə Cənubi Qafqazda, nə də beynəlxalq müstəvidə nüfuzvə etibar qazandıracaq. Belə addımlar isə Fransa üçün uzunmüddətlidiplomatik itkilərə səbəb ola bilər və Avropa Birliyi daxilində dəetimadsızlıq yaradır. Parisin ikili standartlara əsaslanan mövqeyiyalnız regionda deyil, Avropa və transatlantik məkanlarda da onunrolunu zəiflədir. Əgər Fransa sülhə və ədalətə xidmət etməkistəyirsə, konstruktiv dialoqa üstünlük verməli və tərəflərarasında münasibətlərin normallaşmasına dəstək olmalıdır.

Chosen
77
1
az.trend.az

2Sources