Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Türkiyənin Kahramanmaraş vilayətində inşa edilən “Azərbaycan məhəlləsi”nin tikintisi başa çatdırılıb.
APA xəbər verir ki, məhəllənin 4 kvartalında 26 bina, 456 mənzil və 328 qeyri-yaşayış obyekti inşa edilib.
Mədəniyyət mərkəzinin tikintisinin isə bir il ərzində tamamlanması planlaşdırılır.
Ümumilikdə 27,6 hektar ərazini əhatə edən “Azərbaycan məhəlləsi”ndə 68 yaşayış binası olmaqla 1194 mənzil, 1595 qeyri-yaşayış obyekti, ibtidai məktəb, uşaq bağçası istifadəyə verilib