EN

Rusiya bu halda Kalininqradı itirə bilər

Rusiya Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə silahlı münaqişə baş verəcəyi təqdirdə Kalininqrad vilayətini itirə bilər.

Publika.az xəbər verir ki, bunu Litva Ordusunun Müdafiə Qərargahının rəisi, kontr-admiral Giedrius Premenekas "The Wall Street Journal" qəzetinə müsahibəsində bildirib.

“Kalininqradın saxlanılması Rusiya üçün dilem­maya çevrilərdi və NATO bu halda onun Kalininqradı itirəcəyini çox aydın şəkildə bəyan etməlidir", - deyə o vurğulayıb.

Premenekas Rusiya ilə alyans ölkələri arasında mümkün silahlı münaqişə ssenarisini şərh edib və Vilnüsün Rusiya qoşunlarını müstəqil şəkildə zərərsizləşdirmək qabiliyyətinə malik olduğunu qeyd edib.

Chosen
65
publika.az

1Sources