EN

"Ermənistan dövləti tezliklə konstitusiyasına dəyişiklik edəcək, əks halda..." - Asim Mollazadə

Dünən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə görüşüblər. Görüş zamanı tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin mövcud vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Eyni zamanda görüşdə sülhün təmin olunması və mümkün sülh mexanizmləri də müzakirə edilib.

Bəs, sülh müqaviləsinin imzalanması üçün Ermənistan öz konstitusiyasına dəyişiklik edəcəkmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən deputat Asim Mollazadə bildirdi ki, onlar bu dəyişiklikləri edəcəklər:

"Mən inanıram ki, Ermənistan dövləti tezliklə konstitusiyasına dəyişiklik edəcək. Əks halda, Ermənistan bir dövlət kimi bütün inkişaf perspektivlərini itirmiş bir əraziyə çevriləcək. Bu halda ölkə iqtisadi, siyasi və regional proseslərdən kənarda qalacaq. Nəticədə əhali sosial və iqtisadi çətinliklər səbəbindən ölkəni tədricən tərk etməyə davam edəcək. Məhz bu reallıqlar fonunda Ermənistan rəhbərliyi məcbur qalaraq zəruri sülh addımlarını atmalıdır. Hesab edirəm ki, bu proses uzadılmamalı və sülh məsələsi ən geci 2027-ci ilədək yekunlaşdırılmalıdır".

Nuriyyə NATİQQIZI

Chosen
23
1
redaktor.az

2Sources