EN

Postsovet məkanında ən çox “içən” hansı xalqdır? – Azərbaycan “autsayderlər” sırasındadır

Məlum olduğu kimi, istənilən cəmiyyətdə spirtli içki qəbulunun səviyyəsinə tarixi, mədəni, dini, eləcə də iqtisadi və sosial amillər təsir göstərir. Bu baxımdan, adətən Avropa ölkələri müntəzəm olaraq ən çox içən ölkələr arasında yer alır, Yaxın Şərq və Mərkəzi Asiyanın bəzi ölkələri isə, əksinə, demək olar ki, ümumiyyətlə, spirtli içki qəbul etmir.

Bəs postsovet məkanında vəziyyət necədir?

Vətəninfo.az  xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı dünyada spirtli içki qəbulu səviyyəsini əks etdirən xəritə təqdim edib. Xəritədən məlum olur ki, keçmiş Sovet İttifaqı ölkələri arasında adambaşına spirtli içki istehlakına görə, Gürcüstan birinci yerdədir. Qonşumuzda ildə adambaşına 15,5 litr spirtli içki qəbul olunur. Qeyd edək ki, bu, dünyada Rumıniyadan sonra ikinci göstəricidir. Ermənistanda bu göstərici adambaşına 4.3 litr, Azərbaycanda isə cəmi 2.3 litr kimi göstərilib.

Latviya və Moldova da ən çox spirtli içki içənlər arasında yer alıblar – adambaşına müvafiq olaraq 14,7 və 14,1 litr. Maraqlıdır ki, Rusiyada bu göstərici cəmi 10,5 litrdir və o, Estoniya ilə eyni sıradadır. Ukrayna daha az – adambaşına orta hesabla 7,4 litr spirtli içki istehlak edib. Postsovet ölkələri arasında ən az alkoqol qəbul edən Tacikistan sakinləridir – adambaşına 0,7 litr. Yeri gəlmişkən, onlarla qonşu olan Əfqanıstan üçün bu göstərici 0 kimi qeyd olunub…

Özbəkistanda bu göstərici 2.1, Qırğızıstanda 3.9, Türkmənistanda 3.0, Qazaxıstanda 5.4-dür.

Qeyd edək ki, təşkilatın hesabatına görə, məsələn, Hindistan və Çin kimi nəhəng əhali sayına malik ölkələrdə adambaşına spirtli içki qəbulu eynidir – 4,5 litr. ABŞ-də bu rəqəm 9.8, Kanadada 10.0, Almaniya və Fransada 11.2-dir.

Qlobal orta spirtli içki istehlakı isə adambaşına 5,8 litr təşkil edib. Bu rəqəmlərə inansaq, belə görünür ki, Azərbaycanda spirtli içki qəbulu orta qlobal istehlak səviyyəsindən az qala 2.5 dəfə aşağıdır.“AzPolitika.info”

Chosen
14
1
veteninfo.az

2Sources