EN

Uitkof: Kiyev və Moskva razılığa gəldi

ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətləri Əbu-Dabidə keçirilən danışıqlarda 314 məhbusun mübadiləsi barədə razılığa gəliblər.

Ölkə.az  xəbər verir ki, bunu ABŞ prezidentinin elçisi Stiv Uitkov deyib.

“Bu, beş ay ərzində ilk belə mübadilədir. Bu nəticə ətraflı və məhsuldar sülh danışıqları vasitəsilə əldə edilib. Çox iş görülsə də, bu kimi addımlar göstərir ki, davam edən diplomatik əlaqələr gözəçarpan nəticələr verir və Ukraynadakı müharibəyə son qoymaq üçün səyləri irəli aparır”, - Uitkof sosial mediada yazıb.

O əlavə etdi ki, danışıqlar davam edəcək və qarşıdakı həftələrdə daha da irəliləyiş gözlənilir.

 Mürtəza

Chosen
35
2
olke.az

3Sources