EN

Kreml START üzrə ABŞ ilə dialoq şərtlərini açıqlayıb

Reyting.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Vaşinqton konstruktiv cavab verərsə, Rusiya strateji hücum silahlarının məhdudlaşdırılması üçün ABŞ ilə dialoqa hazırdır”.

Reyting.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, əgər hər hansı konstruktiv cavab olarsa, dialoqa başlamaq mümkündür.

Qeyd edək ki, nüvə silahlarının yerləşdirilməsinə dair son beynəlxalq hüquqi məhdudiyyət olan START Müqaviləsi Vaşinqtonun onu uzatmaqdan imtina etməsi səbəbindən bu gün başa çatır.

Rusiya KİV-ləri xatırladır ki, hələ payızda Moskva START Müqaviləsi bitdikdən sonra daha bir il START məhdudiyyətlərinə riayət etməyi təklif etmişdi. ABŞ prezidenti Donald Tramp bunu "yaxşı fikir" adlandırsa da, Vaşinqton praktik addım atmayıb.

ELÇİN

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
36
2
reyting.az

3Sources