"Kəpəz" Bizon ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Turan Tovuz"a uduzdu - 0:1.
"Football-plus.az" xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyunsonrası keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Kubokun ilk matçı idi. Çox maraqlı oyun alındı. Yaxşı mübarizə apardıq. Cavab matçında daha fərqli oynamağa çalışacağıq. Uşaqlara təşəkkür edirəm. Birinci hissədə meydanda 9 azərbaycanlı futbolçu var idi. Bunun özü bizim üçün yeni çağırış idi. Ümid edirəm ki, növbəti oyunda daha məsuliyyətli olub mərhələni keçən tərəf biz olarıq.
- Növbəti mərhələ şanslarını necə dəyərləndirirsiz?
- Bu gün dirəkdən qayıdan topumuz var idi. Rəqib qapısına zərbələr oldu. Cavab oyununda fürsətlərdən maksimum istifadə etməyə çalışacağıq.